Azərbaycanlı Nadir iMan dünyanın ilk Rəqəmsal iProdakşn sistemini təqdim etdi

Azərbaycanlı Marketoloq Nadir iMan, müasir texnologiya və yaradıcılığın sintezi olan dünyanın ilk "Digital iProduction" platformasını ictimaiyyətə təqdim etdi. Bu təşəbbüs, təkcə texnoloji layihə deyil - yeni bir rəqəmsal mədəniyyət arxitekturası və yeni düşüncə modeli kimi çıxış edir.
Digital iProduction ( www.artificialintelligence.az ) - proqramlaşdırma, süni intellekt, fəlsəfə, dizayn və incəsənətin bir araya gəldiyi sistemli bir prodakşn modelidir. Ənənəvi kontent istehsalından fərqli olaraq, bu yanaşma məzmunun intellektual və estetik dərinliyini əsas prinsip kimi qəbul edir. Burada hər bir vizual və texnoloji elementin arxasında fəlsəfi struktur dayanır.
Layihənin əsas məqsədi - rəqəmsal aləmdə forma və məzmun arasında balans yaratmaq, texniki mükəmməlliyi ideoloji qatlarla birləşdirmək və insanı öz peşəsinin sadəcə icraçısı deyil, yaradıcı subyekti kimi formalaşdırmaqdır.
"Biz kontent istehsal etməklə kifayətlənmirik. Biz təfəkkürü estetikaya çeviririk. Bu sistem insanın texnologiya ilə münasibətini yenidən tərif edir," - deyə layihənin müəllifi Nadir iMan bildirir.
Digital iProduction layihəsində kodlaşdırılmış rəqəmsal qəhrəmanlar yaradılıb. Onların arasında Şairə Rəqəmli, Süni İntellektzadə, İfşa Fikirzadə, Cizgi Rəqəmzadə kimi obrazlar yer alır. Hər biri - fərqli peşələrin arxetipik və poetik ifadə formasıdır. Bu qəhrəmanlar vasitəsilə müəllif gənclərə öz peşələrinə fəlsəfi dəyər verməyi və gələcəyi bir mədəni kod kimi yazmağı təklif edir.
Layihə həm lokal, həm də qlobal vizyona əsaslanır. Azərbaycanın coğrafi və mədəni kəsişmə nöqtəsində yerləşməsi bu cür intellektual platformaların yaranması üçün ideal mühit yaradır. Məqsəd - Azərbaycanın adını zirvələrdə tanıtmaq və Digital iPoduction tərəfindən yaradılan ideyaların rəqəmsallaşdırıb San Fransisko, Tokio və Berlin kimi mərkəzlərdə də mədəni rezonans doğura biləcək addımları atmaqdır.
"Təxəyyülün cəsarətinə, kodun poeziyasına və rəqəmsal mədəniyyətin yenidən qurulmasına bir addım irəlidəyik. Əgər biz gələcəyi idxal etməklə yanaşı onu ixrac etməyə başlasaq, dünyaya fərqli bir paradiqma təqdim edə bilərik." - deyə Nadir iMan əlavə edir.
Digital iProduction layihəsi Azərbaycanın intellektual brendinə çevrilmək potensialına malikdir və dünyada analoqu olmayan yeni səhifə açır. Bu, təkcə texnoloji innovasiya deyil, həm də təhsil, incəsənət və biznes sahələrində yeni yanaşma tərzidir.
Oxşar xəbərlər
Bakı-Ələt-Qazax-Gürcüstan avtomobil yolunda təmir işləri aparılır
"Böyük İpək yolu"nun tərkib hissəsi olan M2 Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunda təmir işləri aparılır. BAKU.WS xəbər ver...