Azərbaycanlı məşhurlar vəfat edən tələbələrdən yazdılar: "Necə deyim ölüblər?" - FOTO

Azərbaycanlı məşhurlar vəfat edən tələbələrdən yazdılar: Necə deyim ölüblər? - FOTO
Sosial 290

Fevralın 6-da Türkiyədə baş verən güclü zəlzələdə 4 azərbaycanlı tələbə - Samir Quliyev, Şahin Vəliyev, Hümam İsmayıllı və Gündüz Nəzərzadə dağıntılar altında qalaraq vəfat ediblər.

BAKU.WS xəbər verir ki, yerli məşhurlar onlarla bağlı paylaşım edərək ailələrinə və yaxınlarına başsağlığı veriblər.

BAKU.WS həmin paylaşımları təqdim edir:

Xalq artisti Aygün Kazımova

"Valideynlərinə səbr, dözüm arzu edirəm. Allah rəhmət etsin!".

Azərbaycanlı məşhurlar vəfat edən tələbələrdən yazdılar:

Əməkdar artist Aybəniz Haşımova

"Bəzən ümid də, talelər də ölü doğulur. Dünyaya gəlmək istəyən arzular yarımçıq, nakam sevdalar kimi yarı yolda əlləri bom-boş qalır, atılmış körpə kimi arxanca hey baxır... Getmə, dayan deyir, lal olmuş dili onun. Səsini, harayını özündən başqa eşidən, duyan olmur... Allaha yalvarır... O da artıq eşitmir".

Azərbaycanlı məşhurlar vəfat edən tələbələrdən yazdılar:

Əməkdar artist Kübra Əliyeva

"Acı xəbər gəldi. Allah rəhmət eləsin. Ailəsinə səbr ver, Allahım".

Azərbaycanlı məşhurlar vəfat edən tələbələrdən yazdılar:

Aparıcı Xoşqədəm Hidayətqızı

"Dörd dost, dörd gənc, dörd aydın… Nece deyim ölüblər? Dilim gəlmir, gənc balalara Allah rəhmət eləsin deyim. Çətindi… Dörd dostun ölümünə təkcə ailələri, yaxınları deyil, heç tanımayan insanlar belə göz yaşı tökür. Allah rəhmət eləsin, ailələrinə səbr diləyirəm"

Azərbaycanlı məşhurlar vəfat edən tələbələrdən yazdılar:

Aparıcı Fəxriyyə Lilpar

"O dünyanız nurlu olsun. Təəssüf... Sözün bitdiyi andır".

Azərbaycanlı məşhurlar vəfat edən tələbələrdən yazdılar:

Aktyor Tural Əhməd

"Allah sizə rəhmət eləsin uşaqlar. Dörd arzu, dörd gələcək dağıntılar altında qaldı".

Azərbaycanlı məşhurlar vəfat edən tələbələrdən yazdılar:

Məlumat üçün bildirək ki, azərbaycanlı tələbələrin nəşi fevralın 16-da ölkəyə gətiriləcək. Bu barədə Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə məlumat verib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər