Azərbaycanlı gənc "Apple"ın təhlükəsizlik boşluğunu aşkar etdi – şirkət ona rəsmi təşəkkür etdi
Yeniliklərdən dərhal xəbərdar olun
"Apple" şirkətinin rəsmi Bug Bounty proqramı çərçivəsində təhlükəsizlik boşluqlarını aşkar edərək şirkətə bildirən mütəxəssislər arasında azərbaycanlı gənc da yer alıb.
BAKU.WS xəbər verir ki, "Apple"ın sistemində təhlükəsizlik boşluğu aşkar edərək bu barədə şirkətə məlumat verən Murad Qasımov şirkətin rəsmi təşəkkür siyahısına daxil edilib.
Qeyd edək ki, 23 yaşlı Murad Qasımov Quba rayonunun II Nügədi kəndində yaşayır. O, orta ixtisas təhsilini Quba Dövlət Sosial-İqtisadi Kollecində alıb. Daha sonra Azərbaycan Memarlıq və İnşaat Universitetində iqtisadiyyat ixtisası üzrə bakalavr təhsilini başa vurub.
"Apple"ın Bug Bounty proqramı şirkətin məhsul və xidmətlərində təhlükəsizlik boşluqlarını aşkar edib rəsmi şəkildə bildirən kibertəhlükəsizlik mütəxəssislərini təşviq etmək məqsədi daşıyır. Təhlükəsizlik boşluqları təsdiqləndikdən sonra onların müəlliflərinə həm rəsmi təşəkkür edilir, həm də müəyyən hallarda mükafat təqdim olunur.
Oxşar xəbərlər
Daha bir rayonda yollar əsaslı TƏMİR EDİLƏCƏK
Yevlax şəhərində yolların əsaslı təmiri planlaşdırılır. BAKU.WS-in məlumatına görə, təmir işləri Yevlax Şəhər İcra Hakimiyyəti tərəfindən həyata keçiriləcək. L...