Azərbaycanın konstitusiya quruluşuna qarşı çağırış edənlərə hökm oxunub

Azərbaycanda konstitusiya quruluşunun zorla dəyişdirilməsi, vəzifəli şəxslərin qətlə yetirilməsi, vətəndaş müharibəsi və digər cinayət xarakterli zorakı hərəkətlərə açıq çağırışlar səsləndirməkdə təqsirləndirilən şəxslər - Zaur Əsgərov və Gündüz Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən Zaur Əsgərov 5 il 6 ay və Gündüz Mirzəyev 5 il 7 ay müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, təqsirləndirilən şəxslər "Azərbaycan naminə birliyi" və "AXCP-in dostluq qrupu" adlı "vhatsap" qruplarında Azərbaycanın konstitusiya quruluşuna və dövlətə elehinə qarşı açıq çağırışlar edərək insanları cihada dəvət ediblər. Onlar hakimiyyət nümayəndələrinə qarşı təhqiramiz sözlər işlədiblər.
Oxşar xəbərlər
Texnoloji ixtisaslara maraq artır, ənənəvi sahələrə tələb azalır – Ekspertdən açıqlama
Son illərdə abituriyentlərin ixtisas seçimində ciddi dəyişikliklər müşahidə olunur. Gənclər daha çox perspektivli və texnoloji ixtisaslara üstünlük verir, bu is...