Azərbaycanın əksər yerlərində yağıntılar intensiv və güclüdür - FAKTİKİ HAVA
Azərbaycanın əksər yerlərində hazırda yağıntılar intensiv və güclüdür.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin saat 17:00-a olan məlumatında bildirilib.
Məlumata görə, Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq- Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara zonasında sulu qar, qar yağır. Əksər yerlərdə yağıntılar intensiv və güclüdür.
Havanın temperaturu isə Bakıda və Abşeron yarımadasında 2, Aran rayonlarında 1 dərəcəyədək isti Naxçıvan MR-da 6, dağlıq rayonlarda 7, yüksək dağlıq ərazilərdə isə 12 dərəcəyədək şaxta qeydə alınır.
Oxşar xəbərlər
Azərbaycanda fermerlər üçün SEVİNDİRİCİ XƏBƏR
Aqrar Sığorta Fondu kənd təsərrüfatı sığortasının əhatə dairəsini genişləndirmək və fermerlər üçün yeni təminat paketləri hazırlamaq istiqamətində işləri davam...