Azərbaycanın dövlət qurumlarına kiberhücumlar apreldə 16 % artıb
Bu ilin yanvar-aprel aylarında dövlət qurumlarına 368 kiberhücum indikatoru (IOC) müəyyən edilib.
BAKU.WS xəbər verir ki, report-un Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,8 % azdır.
Kibertəhdidlərin 264-ü daxili araşdırma, 107-si isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.
Təkcə apreldə isə 94 kiberhücum müəyyən olunub ki, bu da 1 il əvvələ nisbətən 16 % çoxdur.
2025-ci ildə dövlət qurumlarına 850kiberhücum qeydə alınıb ki, bunun da 372-si daxili araşdırma, 478-i isə dövlət qurumlarından daxil olmuş insidentlərin araşdırılması əsasında müəyyən olunaraq bloklanıb.
Oxşar xəbərlər
Şüvəlanda it iki nəfərə hücum etdi
Qonşunun iti ev sahibinə hücum edərək xəsarət yetirib. BAKU.WS "Xəzər" TV-yə istinadən xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonunun Şüvəlan qəsəbəsində baş...