Azərbaycanın bu universitetində tələbələr üçün bəzi məhdudiyyətlər ləğv edildi

Azərbaycanın bu universitetində tələbələr üçün bəzi məhdudiyyətlər ləğv edildi
Sosial 108

Naxçıvan Dövlət Universitetində (NDU) tələbələr üçün forma məhdudiyyəti aradan qaldırılıb.

BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan universitetləri feysbuk səhifəsi məlumat yayıb.

Belə ki, NDU-nun tələbələri dərsə milli-mənəvi dəyərləri, milli mentaliteti qorumaq şərti ilə sərbəst şəkildə geyinib gələ bilərlər. Buna baxmayaraq, bəzi qadağalar universitetdə hələ də gündəmdədir.

Belə ki, yazılan məlumata görə, qısa ətək, kəsik-kəsik şalvar, qısa köynəklər geyinilməyə icazə verilmir. Oğlanlar dərsə seyrək saqqalda gələ bilərlər.

Qeyd edək ki, sadalanan qaydalar həm yerli, həm də xarici tələbələrə şamil edilib. Xatırladaq ki, yeni qaydaya qədər tələbələr universitetə xüsusi forma ilə gəlirdilər.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər