Azərbaycanın bu bölgəsində 4 800 abonentin qazı kəsiləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Astara rayonu ərazisində yerləşən "Ərçivan" qazpaylayıcı stansiyasından Ərçivan qəsəbəsinə qədər uzanan yeraltı qaz kəmərinin kipliyə sınaq edilməsi məqsədilə qaz təchizatında müvəqqəti fasilə planlaşdırılır.
BAKU.WS xəbər verir ki, bu barədə Lənkəran Regional Qaz İstismarı İdarəsi məlumat yayıb.
Bildirilib ki, bu səbəbdən Ərçivan qəsəbəsi, Sərək, Şüvi, Siyətük, Şovaş, Vəznəş, Kijəbə, Lovayın, Ojəkəran, Tüləgivan, Səlivə və Deqədi kəndləri, həmçinin Ərçivan qəsəbəsində yerləşən C.Cabbarlı və H.Aslanov küçələri də daxil olmaqla ümumilikdə 4 800 abonentin təbii qaz təchizatının 18.07.2025 ci il tarixdə saat 10:00-dan müvəqqəti olaraq dayandırılması nəzərdə tutulur.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...