Azərbaycanın bəzi rayonlarında yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA

Azərbaycanın bəzi rayonlarında yağış yağıb, şimşək çaxıb - FAKTİKİ HAVA
Sosial 63

Milli Hidrometeorologiya Xidmətinin iyulun 16-sı saat 9:00-a olan məlumatına əsasən ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bəzi yerlərdə arabir qısamüddətli yağış yağıb, şimşək çaxıb.

Düşən yağıntının miqdarı: Ordubad, Xaltan, Tərtər, Beyləqanda 3 mm-dək olub.

Duman: Qrız, Şahdağda duman müşahidə olunub.

Külək: Şimal-qərb küləyi Naftalanda arabir 18 m/s, Bakıda və Abşeron yarımadasında arabir 19 m/s-dək güclənib.

Neft daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2 metrə çatıb.

Havanın maksimal temperaturu: İyulun 15-i Bakıda iqlim normasından 2.5 dərəcə yuxarı olub. Bakıda və Abşeron yarımadasında 37 dərəcəyədək isti, Naxçıvan MR-da 37 dərəcəyədək isti, aran rayonlarında 38 dərəcəyədək isti, dağlıq rayonlarda 28 dərəcəyədək isti olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

İstilər gəlir - Havanın temperaturu 40 dərəcəyə çatacaq

İstilər gəlir - Havanın temperaturu 40 dərəcəyə çatacaq

İyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən...

5980 Sosial 11:41 31 may 2023

Son xəbərlər