Azərbaycanın bəzi bölgələrinə leysan yağıb, sel keçib - FAKTİKİ HAVA
Yeniliklərdən dərhal xəbərdar olun
Yağan leysan xarakterli yağışlarla əlaqədar bu gün - mayın 26-da saat 11:55-də Gəncəçay Alaxançallıda, saat 13:40-14:05 radələrində Aşağı Ağcakənd ərazisindən, saat 12:03-12:33 radələrində Gədəbəydən, saat 14:15 radələrində Gəncəçay-Zurnabaddan sel keçib.
BAKU.WS xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin mayın 26-sı saat 15:00-a olan məlumatına əsasən Bakıda və Abşeron yarımadasında, Şərur, Ordubad, Balakən, Zaqatala, Qax, Altıağac, Şabran, Sabirabad, Cəfərxan, Hacıqabul, Neftçala, Biləsuvar, Lənkəran, Astara, Xaltan, Quba, Salyan, Qazıməmməd, Qobustan, Göygöl, Gədəbəy, Daşkəsən, Ağstafa, Tovuz, Gəncə, Ağsuda şimşək çaxıb, arabir yağış yağıb.
Oxşar xəbərlər
Şimşək çaxıb, yağış və qar yağıb - FAKTİKİ HAVA
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən mayın 15-nə olan məlumata əsasən ölkə ərazisində hava şəraiti qe...