Azərbaycanın 4 rayonunda ümumilikdə 92 min 656,2 hektarlıq Milli parklar yaradılacaq

Azərbaycanın 4 rayonunda ümumilikdə 92 min 656,2 hektarlıq Milli parklar yaradılacaq
Sosial 166

İşğaldan azad edilmiş Şuşa (6043,7 ha), Xocalı (24824,4 ha), Ağdərə (46606,7 ha) və Kəlbəcər (15181,4 ha) rayonlarının inzibati ərazilərinin bir hissəsini əhatə etməklə, ümumi sahəsi 92 min 656,2 hektar olan yeni Milli parkın yaradılması nəzərdən keçirilir.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu ETSN-in Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev ekoloji məsələlər üzrə işçi qrupun iclasında deyib.

O bildirib ki, bununla bağlı aidiyyəti dövlət qurumları ilə ərazilərə baxış və qiymətləndirmə işlərinə başlanılıb:

"Qeyd olunan əraziləri əhatə edən yeni milli parkın ilkin xəritəsi hazırlanmış, yaşayış məntəqələrinin yerləşməsi nəzərə alınmaqla xəritəyə münasibət bildirilməsi üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilib".

F.Əliyev həmçinin məlumat verib ki, Arazboyu Dövlət Təbiət Yasaqlığının xəritəsi hazırlanaraq münasibət bildirilməsi üçün cari ildə müvafiq dövlət qurumlarına göndərilməsi nəzərdə tutulub.

Oxşar xəbərlər

Həkim pasiyenti yanlış əməliyyatla şikəst edib? - İDDİA

Həkim pasiyenti yanlış əməliyyatla şikəst edib? - İDDİA

Dizindən endoprotez əməliyyatı olunan şəxs iddia edir ki, paytaxtdakı özəl klinikaların birində işləyən travmatoloq onu səhv əməliyyat edib. BAKU.WS Xəzər TV-yə...

48 Sosial 23:44 27 oktyabr 2025

Son xəbərlər