Azərbaycanın 2 rayonunda yeni məktəb binaları tikiləcək

Azərbaycanın 2 rayonunda yeni məktəb binaları tikiləcək
Sosial 98

İsmayıllı rayonunun Basqal kəndində 2 mərtəbəli, 432 yerlik, Masallı rayonunun Qızılağac kəndində isə 3 mərtəbəli, 528 yerlik yeni məktəb binaları tikiləcək.

BAKU.WS bildirir ki, bu barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən "report"a məlumat verilib.

Qeyd edilib ki, hər iki tikintinin sifarişçisi Təhsil Nazirliyidir. Onların tikintisinə isə İsmayıllı və Masallı Rayon İcra Hakimiyyətləri icazə verib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər