Azərbaycandan Türkmənistana hədiyyə olunan tankerin GÖRÜNTÜLƏRİ
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün Azərbaycan tərəfindən Türkmənistana "Dostlug" neftdaşıyan tankeri hədiyyə olunub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, tankerin ümumi uzunluğu 141 metr, eni 16.9 metr, suya oturumu isə 4.54 metrdir.
"Dostlug" neftdaşıyan tankeri Bakı gəmiqayırma zavodunda inşa olunub. Tankerin dedveyti 7 875 tondur.
Bu zavodda indiyədək 14 gəminin inşası və 170-dən çox gəminin təmiri layihələri uğurla icra olunub. Hazırda zavodun sifariş portfelinə daxil olan 17 gəmidən 11-nin inşası davam edir, 6 gəmi isə layihələndirmə mərhələsindədir.
Hədiyyə olunan tankerin görüntüsünü təqdim edirik:
Qalereya
Oxşar xəbərlər
TƏBİB: Zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus infeksiyası aşkarlanıb
Ceyranbatan qəsəbəsi 2 nömrəli tam orta məktəbdə zəhərləndiyi iddia edilən şagirdlərdə rotavirus infeksiyası aşkarlanıb. BAKU.WS xəbər verir ki, bu barədə "Repo...