Azərbaycanda yoluxma nə üçün artır? - SƏBƏB AÇIQLANDI

"Azərbaycanda koronavirusa yoluxanların sayında ciddi artım müşahidə edilir. Bu vəziyyət ilk növbədə biz həkimləri narahat edir. Çünki pandemiyanın yenidən alovlanması həkimlərin işini artıracaq. Yoluxma sayı artdıqca ölüm sayları da arta bilər".
BAKU.WS xəbər verir ki, bu sözləri "ARB24"də yayımlanan "Gündəm" verilişində qonaq olan həkim Aytən Ziyadova bildirib.
Həkim əlavə edib ki, yoluxma sayının artması müxtəlif səbəblərdən qaynaqlanır: "İnsanların bir çox xarici ölkələrə getməsi və qayıdarkən yaxınlarını da yoluxdurması qeydə alınır. Digər tərəfdən bəzi şəxslər kliniki şikayətləri fərqində olduğu zaman test verməyə can atmırlar. Elə düşünürlər ki, qripdirlər və yolxumanın artmasına səbəb olurlar".
Ətraflı videomaterialda izləyə bilərsiniz:
Oxşar xəbərlər
Virusa yoluxan uşağa bu dərmanı verməyin - XƏBƏRDARLIQ
"Uşaqlarda 3 gün davamlı hərarət varsa, həkimə müraciət etmək lazımdır. Hərarətlə yanaşı səpkilər, baş ağrıları və ishal müşahidə olunursa, həkim nəzarəti ilə m...
