Azərbaycanda yollarda yeni elektron tərəzilər istismara veriləcək
Aprelin 2-dən etibarən Azərbaycanda ümumi istifadədə olan avtomobil yollarında quraşdırılmış elektron tərəzilər istismara veriləcək.
Bu barədə BAKU.WS-ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Məlumata görə, elektron tərəzilər M-2 Bakı – Ələt – Qazax – Gürcüstan ilə dövlət sərhədi yolu, 451.2-ci km (Bakı istiqaməti, S18, Ağstafa), M-2 Bakı – Ələt – Qazax – Gürcüstan ilə dövlət sərhədi yolu, 451.2-ci km (Qazax istiqaməti, S19, Ağstafa), M-2 Bakı – Ələt – Qazax – Gürcüstan ilə dövlət sərhədi yolu, 343.3-cü km (Bakı istiqaməti, S20, Gəncə), M-2 Bakı – Ələt – Qazax – Gürcüstan ilə dövlət sərhədi yolu, 343.3-cü km (Qazax istiqaməti, S21, Gəncə), R-18 Mingəçevir – Stansiya Mingəçevir – Bəhramtəpə yolu, 13.5-ci km (Bakı istiqaməti, S22, Mingəçevir), eyni zamanda R-18 Mingəçevir – Stansiya Mingəçevir – Bəhramtəpə yolu, 13.5-ci km (Mingəçevir istiqaməti, S23) quraşdırılacaq.
Agentlik sürcülərdən nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və oxa düşən kütlə normalarına ciddi riayət etmələrini xahiş edir.
Bildirilir ki, qaydaların pozulması hallarında inzibati məsuliyyət nəzərdə tutulur.
Oxşar xəbərlər
Mayda 14 gün iş olmayacaq - TƏQVİM
Azərbaycanda Qurban bayramı və Müstəqillik Günü ilə əlaqədar bu il qeyri-iş günlərinin tarixləri müəyyənləşdirilib. BAKU.WS-in məlumatına görə, 2026-cı ildə Qur...