Azərbaycanda yeni doğulan körpələrə iki ayrı ad qoymaq mümkündür? - Rəsmi CAVAB

Azərbaycanda yeni doğulan körpələrə iki ayrı ad qoymaq mümkündür? - Rəsmi CAVAB
Açıqlama
Sosial 121

Bir çox xarici ölkələrdə valideynlər uşaqlarına iki və ya daha çox ad verə bilir. Bu, həm ənənə, həm də fərdi seçim kimi geniş yayılıb. Bəs Azərbaycanda vəziyyət necədir? Uşaqlara iki ayrı ad qoymaq qanunla mümkündürmü?

Məsələ ilə əlaqədar Ədliyyə Nazirliyindən BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, uşaqlara iki ayrı ad qoyulması qanunvericilikdə nəzərdə tutulmayıb:

"Azərbaycan Respublikasının Mülki Məcəlləsinin qeyd edilən maddəsinə əsasən, fiziki şəxsin adı adlardan deyil, yalnız addan ibarət ola bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 26-cı maddəsinə əsasən, hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ var".

Həmçinin bildirilib ki, "Məhəmmədəli", "Əbdülqadir" kimi bitişik yazılan adlar mürəkkəb isimlər olduğu və bir sözdən ibarət olduğu üçün bu adların qoyulmasında hər hansı məhdudiyyət yoxdur.

Banu Hüseynli

Son xəbərlər