Azərbaycanda yaxın zamanlarda güclü zəlzələ gözlənilir? - AÇIQLANDI
11
iyl
2023
11:11
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün yerli vaxtla saat 02:44-də Xəzər dənizində 3 maqnitudalı zəlzələ qeydə alınıb.
BAKU.WS-in məlumatına görə, hadisə ilə bağlı trend-ə açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib ki, Azərbaycanda hər gün zəif yeraltı təkanlar olur və bu təbii prosesdir.
"Qeydə alınan zəlzələlərin çoxu hiss olunmur. Ölkəmizdə yaxın zamanlarda dağıdıcı zəlzələ ehtimalı yoxdur. Narahatlığa heç bir səbəb yoxdur", - deyə Q.Yetirmişli bildirib.
Oxşar xəbərlər
Qurban Yetirmişli: "Türkiyədə uzun müddət afterşokların davam etməsini müşahidə edəcəyik"
Türkiyədə fevralın 6-da baş verən güclü zəlzələdən sonra 10 282 afterşok qeydə alınıb, bundan əlavə zəlzələlər də baş verir. Eyni zamanda müxtəlif ölkələrdə də...