Azərbaycanda vəzifəli şəxs koronavirusdan vəfat etdi - FOTO

Azərbaycanda vəzifəli şəxs koronavirusdan vəfat etdi - FOTO
Sosial 5

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Alim Süleymanov vəfat edib.

BAKU.WS "report"a istinadən xəbər verir ki, o, 66 yaşında koronavirusdan dünyasını dəyişib.

Qeyd edək ki, A.Süleymanov 1955-ci ilin sentyabrın 22-də Zəngilan rayonunda anadan olub.

O, Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib və universitetin aspiranturasında təhsil alıb.

2014-2015-ci illərdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Ümumi şöbənin müdiri vəzifəsində çalışıb.

2015-ci ilin iyul ayından Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində Aparat rəhbəri idi.

Azərbaycanda vəzifəli şəxs koronavirusdan vəfat etdi - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər