Azərbaycanda vətəndaşların sağlamlıq vəziyyətinə dair məlumatlar vahid elektron sistemdə toplanacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Tibbi Rəqəmsal Əkiz Sistemi vətəndaşların sağlamlıq vəziyyətinə dair məlumatların vahid elektron reyestrlər vasitəsilə toplanılmasını və emalını təmin edən mərkəzləşdirilmiş rəqəmsal platformadır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev "Vətəndaş sağlamlığına rəqəmsal qayğı: Tibbi Rəqəmsal Əkiz Sistemi"nin təqdimat mərasimində deyib.
Onun sözlərinə görə, bu reyestrlər vətəndaşların sağlamlıq göstəricilərinin, müalicə, peyvənd, laborator müayinə nəticələrinin, resept və digər sağlamlıq məlumatlarının vahid strukturda saxlanılmasını və səhiyyə müəssisələri arasında standartlaşdırılmış şəkildə mübadiləsini təmin edir:
"Məlumatların vahid informasiya məkanında toplanması süni intellektdən də istifadə etməklə dərin təhlil aparmağa, əhalinin sağlamlıq vəziyyətini proqnozlaşdırmağa, böhran vəziyyətlərində mərkəzləşdirilmiş idarəetməyə və gələcək səhiyyə strategiyalarını inkişaf etdirməyə imkan verəcək".
Nazir qeyd edib ki, həmçinin rəqəmsal hökumət informasiya mühitində məlumatların bütövlüyünü təmin etmək məqsədilə tibbi məlumatların maliyyə sistemləri də daxil olmaqla digər dövlət informasiya sistemləri ilə inteqrasiyası təmin ediləcək.
Oxşar xəbərlər
Hökməli qəsəbəsinin sakinlərinin NƏZƏRİNƏ! Bu avtobuslar YENİLƏNİR
Noyabrın 1-dən metronun "Memar Əcəmi" stansiyasını Hökməli qəsəbəsi ilə əlaqələndirən 156 və 156A nömrəli marşrut avtobusları yenilənir. Bu barədə BAKU.WS-ə Rəq...