Azərbaycanda valideynlərin uşaqlara qoymaq istədikləri qəribə adlar: Rəzil, Türmə, Stəkan
Yeniliklərdən dərhal xəbərdar olun
"Ad seçmə məsələsinə etinasız yanaşmaq uşaqların həyatına mənfi təsir edir".
BAKU.WS xəbər verir ki, bunu report-a müsahibəsində Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.
O qeyd edib ki, adın seçilməsində əsas məsuliyyət ata və ananın üzərinə düşür. Buna görə də ad seçmə valideynlərin məsuliyyətini daha da artırır:
"Çünki valideynlər tərəfindən düşünülməmiş qoyulan adlar, sonradan övladlar tərəfindən dəyişdirilməsinə səbəb olur. Bunun mənfi nəticəsi uşaq boya-başa çatandan sonra daha çox diqqəti cəlb edir. Ad seçmə məsələsinə etinasız yanaşmaq uşaqların həyatına mənfi təsir edir. Təəssüf ki, bir sıra valideynlər müqəddəs vəzifələrini, borclarını unudaraq aşağıdakı adları övladlarına verirlər: Stəkan, Şüşəbənd, Türmə, Candərd, Kəniz, Kündə, Külək, Məlumat, Meyxoş, Qaçmaz, Bütöv, Rəzil, Şikayət".
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...