Azərbaycanda unun topdansatış qiyməti AÇIQLANDI - SİYAHI
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda avqustun 10-dan etibarən 50 kiloqramlıq un kisəsinin topdansatış qiymətləri açıqlanıb. Qiymətlər istehsalçıdan asılı olaraq 26,50-29,40 manat arasında dəyişir.
BAKU.WS xəbər verir ki, Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məlumatlarına əsasən, ən ucuz un "Dəvəçi-Taxıl" MMC-də 26,50 manata, ən bahalı un isə "Azeri-Arapoğlu U.S. və T.LTD" BM-də 29,40 manata satılır.
"Dəvəçi-Dəyirman" MMC-də 50 kiloqramlıq un kisəsinin qiyməti 27,20 manat, "ATS MİLL" və "Qarabağ un" MMC-lərdə 28 manat təşkil edir.
"Anadoluqida", "AVETA", "KARAT HOLDİNQ" və "Ungrano" MMC-lərdə qiymət 28,60 manatdır. "Gəncə Dəyirman" MMC-də 28,80 manat, "Nural" MMC-də 28,75 manat, "Orxan UN" və "Sarı Sünbül" MMC-lərdə isə 28,70 manat müəyyənləşdirilib.
"Taxıl AQRO" MMC-də 50 kiloqramlıq un kisəsinin topdansatış qiyməti 28,30 manat, "Osmanlı Taxıl" MMC-də 29,20 manatdır.
"Bakı Taxıl Terminalı", "Dəniz un sənayesi LTD", "Hazartürk LTD", "Karmen", "Xırman", "SKY AGRO", "Sünbül 2012", "Ağsu Taxıl", "Avrora", "Nadir Quliyev adına Bakı-Taxıl", "PAK-NUR" və digər istehsalçılarda isə qiymət 28,50 manat səviyyəsindədir.
Müqayisə üçün qeyd edək ki, ilin əvvəlində 50 kiloqramlıq unun topdansatış qiymətləri 26,10-28,60 manat arasında dəyişirdi. Beləliklə, qiymətin aşağı həddi 40 qəpik, yuxarı həddi isə 80 qəpik artıb.
Oxşar xəbərlər
Sabah bir rayonda qaz olmayacaq
Sabah Ağdaş rayonunun bir sıra ərazilərində qaz təchizatında fasilə yaranacaq. BAKU.WS xəbər verir ki, bu barədə Ağdaş Rayon İcra Hakimiyyəti məlumat yayıb. Bil...