Azərbaycanda traktor və digər aqrar texnikaların qeydiyyatı qaydası dəyişib
Kənd Təsərrüfatı Nazirliyinin Kollegiyası "Traktorların, həmçinin meşə və kənd təsərrüfatında istifadə edilən, siyahısı Nazirlər Kabineti tərəfindən müəyyən edilən mexaniki nəqliyyat vasitələrinin dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması ilə bağlı kargüzarlıq işinin təşkili, qeydiyyat şəhadətnaməsinin, dövlət qeydiyyat nişanlarının və xüsusi məhsulların hazırlanması, sərfi, saxlanılması və onlara nəzarətin təmin olunmasına dair Təlimat"da dəyişiklik edib.
BAKU.WS xəbər verir ki, bununla bağlı nazir Məcnun Məmmədov yeni qərar imzalayıb.
Qərara əsasən, nəqliyyat vasitəsi yetkinlik yaşına çatmamış vərəsənin adına qeydiyyata alınarkən, qeydiyyat sənədində onun valideyninin, övladlığa götürənin və himayəçinin soyadı, adı, atasının adı göstərilir və belə nəqliyyat vasitəsinin qəyyumluq və himayəçilik orqanının, həmçinin, bundan sonra himayədar ailəyə verilmiş uşaqlara, habelə Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənə qədər – valideyn himayəsindən məhrum olmuş uşaqlara münasibətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, digər hallarda isə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyaların icazəsi olmadan qeydiyyatdan çıxarılması qadağan olunur.
O cümlədən nəqliyyat vasitəsinin qeydiyyatdan çıxarılmasına icazə verilməsi ilə əlaqədar qəyyumluq və himayəçilik orqanlarının, bundan sonra himayədar ailəyə verilmiş uşaqlara, habelə Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək – valideyn himayəsindən məhrum olmuş uşaqlara münasibətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, digər hallarda isə uşaq hüquqlarının müdafiəsi üzrə komissiyaların qərarları bir iş günü ərzində himayədar ailəyə verilmiş uşaqlara, habelə Ailə Məcəlləsinə uyğun olaraq yerləşdirilənədək – valideyn himayəsindən məhrum olmuş uşaqlara münasibətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminə, digər hallarda isə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin "Rəqəmsal İcra Hakimiyyəti" portalına daxil ediləcək.
Oxşar xəbərlər
Vüsal Nəsirli yeni şöbə müdiri təyin etdi
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində (AAYDA) kadr təyinatı olub. BAKU.WS "Unikal"a istinadla xəbər verir ki, bununla bağlı AAYDA sədri Vüsal Nəsirli...