Azərbaycanda suvarılan ərazilərin cəmi 10%-i innovativ sistemlərlə idarə olunur

Azərbaycanda suvarılan ərazilər ümumilikdə 1.5 milyon hektardır. Həmin ərazilərin 10%-i innovativ suvarma sistemləri ilə təchiz olunub.
BAKU.WS xəbər verir ki, bunu "İrrigaton.az" platformasının təsisçisi Fuad İbadov ADSEA-nın KOB evində keçirdiyi tədbirdə çıxışı zamanı deyib.
O, bildirib ki, kənd təsərrüfatında suyun istifadəsi ancaq pik aylarda olur. Bu da martdan başlayaraq sentyabr, bəzi hallarda oktyabr ayına qədər davam edir. Həmin vaxt suya təlabat artır.
"Bizim suvarma sistemlərini elə qurmaq lazımdır ki, suya ehtiyacın olduğu pik aylarda su ehtiyatımız olsun və suya lazım olanda qənaət edilsin. Hər bir bitkinin suya təlabatı var. Suya təlabat torpağın strukturundan da asılıdır. Gilli torpağın su toplama qabiliyyəti yüksəkdir. Qumlu torpaqda isə əksinədir. Kənd təsərrüfatı fermerlərin hovuzları olmalıdır ki, onların müasir suvarma sistemləri olsun. Əgər sənin mövcud müasir suvarma sistemin yoxdursa sənin su ehtiyatın təhlükə altında olur".
Banu Hüseynli
Oxşar xəbərlər
Azərbaycanda məktəblərlə bağlı daha bir SEVİNDİRİCİ XƏBƏR
Elm və Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi ölkənin bir sıra təhsil müəssisələrində kommunal-kommunikasiya və təmir işlərin...
