Azərbaycanda süni intellekt aparıcı qismində İKT xəbərlərini təqdim edəcək
15
noy
2025
10:20
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) təqdim etdiyi "Smart icmal" süni intellekt əsaslı xəbər buraxılışı izləyicilərin ixtiyarına verilib.
BAKU.WS xəbər verir ki, bu barədə RİNN-dən bildirilib.
Məlumata görə, süni intellekt aparıcı "NaRİNN" nəqliyyat və telekommunikasiya sahələrində ayın ən mühüm xəbərlərinin icmalını bölüşəcək.
"Smart icmal" vasitəsilə sektorda baş verən dəyişiklikləri, innovasiyaları və rəqəmsal transformasiyanın əsas məqamlarını daha dinamik, müasir və texnoloji formatda izləmək imkanı olacaq.
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...