Azərbaycanda "Şübhəli əməliyyatların monitorinqi" informasiya sistemi yaradılır
Prezident İlham Əliyev Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin "Şübhəli əməliyyatların monitorinqi" informasiya sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Fərman imzalayıb.
Bununla bağlı BAKU.WS President.az-a istinadən xəbər verir.
Fərmanla Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin "Şübhəli əməliyyatların monitorinqi" informasiya sistemi yaradılıb.
Eyni zamanda, Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin "Şübhəli əməliyyatların monitorinqi" informasiya sistemi haqqında Əsasnamə" təsdiq edilib.
Oxşar xəbərlər
Havalar soyuq keçərsə, istilik 15 gün tez veriləcək? - RƏSMİ CAVAB
Payız aylarında havaların temperaturunun kəskin aşağı düşməsi istilik mövsümünün başlanma tarixini yenidən gündəmə gətirir. Xüsusilə gecə saatlarında temperatur...