Azərbaycanda son sutkada 2420 nəfər COVID-19-a yoluxub, 29 nəfər ölüb

Azərbaycanda son sutkada 2420 nəfər COVID-19-a yoluxub, 29 nəfər ölüb
Sosial 293

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına2420 yeni yoluxma faktı qeydə alınıb, 1358 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan BAKU.WS-ə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 524788 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 489032 nəfər müalicə olunaraq sağalıb, 6995 nəfər vəfat edib, aktiv xəstə sayı 28761 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 13827, ötən müddət ərzində isə ümumilikdə 5158035 test aparılıb.

Azərbaycanda son sutkada 2420 nəfər COVID-19-a yoluxub, 29 nəfər ölüb

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər