Azərbaycanda soğan iki dəfədən artıq bahalaşdı – Yeni qiymətlər
Yeniliklərdən dərhal xəbərdar olun
Topdansatış məntəqələrində soğanın qiymətində böyük artım baş verib.
BAKU.WS xəbər verir ki, dünəndən etibarən soğanın qiyməti təxminən iki dəfə artıb.
Satıcılarla söhbətimizdən məlum olub ki, qiymət artımı Rusiya-Ukrayna müharibəsi ilə izah edilir: “Deyirlər ki, Rusiyadan soğan gəlmir, ona görə də qiymət bahalaşıb. Əvvəl, soğanın 1 kisəsini 10-15 manata alırdıq, indi 27-30 manata. Təxminən iki dəfə artıb. 40-50 qəpiyə satdığımız soğanı indi bir manata satmağa məcburuq”.
Bəzi satcıcılar hesab edir ki, bahalaşma süni xarakter daşıyır. “Sadəcə müharibədən istifadə edirlər. Birdən-birə bu qədər bahalaşma ola bilməz”, deyə bahalaşmada müharibə faktoruna inanmayanlar deyir./qaynarinfo/
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...