Azərbaycanda şirniyyat istehsalı müəssisəsində nöqsanlar aşkarlanıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Şəkidə şirniyyat istehsalı müəssisəsinin qida təhlükəsizliyi qeydiyyatına alınmadan fəaliyyət göstərdiyi aşkarlanıb.
Bu barədə BAKU.WS Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.
Belə ki, Şəki şəhəri, M.F.Axundov küçəsində fəaliyyət göstərən fiziki şəxs Rüstəmli Toğrul Siracəddin oğluna məxsus şirniyyat istehsalı müəssisəsində agentlik əməkdaşları planlı yoxlama keçirib. Baxış zamanı müəssisənin qida təhlükəsizliyi qeydiyyatına alınmadığı, texniki normativ hüquqi aktların tələblərinin pozulduğu, sanitar gigiyenik vəziyyətin qənaətbəxş olmadığı, işçinin tibbi müayinədən keçmədiyi müəyyən olunub.
Aşkarlanan faktlarla bağlı qanunvericiliyə uyğun olaraq məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul olunub və sahibkarlıq subyekti inzibati məsuliyyətə cəlb edilib.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda bu apteklərdə nöqsanlar aşkarlanıb - SİYAHI
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) qida sahəsində fəaliyyət göstərən 37 ticarət müəssisəsi və 6 ictimai iaşə müəssisəsində həyata keçirilən moni...