Azərbaycanda sel və daşqınlara qarşı tədbirlər genişləndiriləcək, kəhrizlər bərpa olunacaq

2025-2027-ci illərdə Azərbaycanda sel və daşqın hadisələrindən mühafizə tədbirlərinin genişləndirilməsi planlaşdırılır.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə 2-ci Beynəlxalq Su Təsərrüfatı Sərgi və Konfransı - "Baku Water Week" (Bakı Su Həftəsi) çərçivəsində məlumat əldə edib.
Məlumata görə, 2025-ci ildə sel və daşqın təhlükəsi olan çayların və riskli ərazilərin monitorinqi və xəritələşdirilməsi aparılacaq. 2026-cı ildə həmin ərazilərdə sahilbərkitmə və mühafizə bəndlərinin inşası nəzərdə tutulur.
2027-ci ildə isə riskli zonalarda sel və daşqınların təsirlərinin azaldılması istiqamətində tədbirlər həyata keçiriləcək.
Eyni zamanda, 2025-2027-ci illərdə kəhriz sistemlərinin bərpası və yenidən qurulması planlaşdırılıb. İlk mərhələdə - 2025-ci ildə bərpa və yenidən qurulması zəruri olan kəhrizlərin siyahısı hazırlanacaq. 2026-cı ildə bu istiqamətdə layihələndirmə və icra işləri görüləcək, 2027-ci ildə isə su təminatında istifadədə olan kəhrizlərin sayının artırılması nəzərdə tutulur.
Artıq ilkin olaraq 12 rayon ərazisində 124 kəhrizə baxış keçirilib və elmi-tədqiqat işləri aparılıb.
Oxşar xəbərlər
Zabratda su borusu partlayıb, EVLƏRİ SU BASIB
Zabrat 1 qəsəbəsində su borusunun partlaması nəticəsində sakinlər çətin vəziyyətdə qalıb. BAKU.WS-in "qaynar xətt"inə daxil olan şikayətdə bildirilir ki, hadisə...
