Azərbaycanda sahibsiz heyvanlara dair qurum yoxdur, dünya təcrübəsi nə deyir?

Azərbaycanda sahibsiz heyvanlara nəzarət etməyən qurumun olmaması ilə bağlı məsələ hələ də ciddi boşluq təşkil edir.
Başqa problem isə sahibsiz heyvanların öldürülməsi, zorakılığa məruz qalmasıdır. Bu hüquqi baxımdan cinayət hesab edilir; heyvanlara zorakılığa görə 500 - 1500 manat arası cərimə nəzərdə tutulub. Ancaq təəssüf ki, Azərbaycanda heyvan hüquqları və rifahı üçün ixtisaslaşmış dövlət qurumu yoxdur.
BAKU.WS xəbər verir ki, dünyada isə vəziyyət fərqlidir. Avropa İttifaqının üzv ölkələrində sahibsiz heyvanlara dair vahid tədbirlər tətbiq olunur – sterilizasiya, mikroçipləmə, qeydiyyat və heyvan müdafiəsi qaydaları mövcuddur. Niderlandda sahibsiz itlər tamamilə azaldılıb, CNVR (topla-sterilize-vaksinasiya et-qaytar) strategiyası və yüksək səviyyəli sığınacaq sistemi fəaliyyət göstərir. İtaliyada 1991-ci ildən heyvanlara əzabverici rəftar qadağan edilib, sahibsiz heyvanların öldürülməsi yalnız xəstəlik və təhlükə halında baytar tərəfindən mümkündür.
Fransa, Almaniya, Belçika, İsveçrə və İngiltərədə qanunlar sərtdir; qanunsuz tərk etməyə görə ağır cərimələr, məcburi sterilizasiya və ciddi nəzarət mexanizmləri tətbiq olunur. Hindistan, Tayland və Türkiyə də sahibsiz heyvanların sayını azaltmaq və rifahını təmin etmək üçün dövlət və yaradıcı təşkilatlarla birgə tədbirlər görür. Məsələn, Türkiyədə 2024-cü ildə qəbul edilən qaydalara görə, sahibsiz heyvanların tutulması, sterilizasiyası, peyvənd olunması və sahiblənməsi təmin olunmalıdır.
Nəticə olaraq Azərbaycanda sahibsiz heyvanlarla bağlı dövlət mexanizminin olmaması, sterilizasiya və sığınacaq tədbirlərinin planlaşdırılmaması və qanunvericilikdə boşluqlar beynəlxalq standartlarla müqayisədə ciddi fərqlər yaradır. Dünya ölkələrinin təcrübəsi göstərir ki, effektiv dövlət proqramları və ciddi qanunvericilik sahibsiz heyvanların sayının azaldılmasında və rifahının qorunmasında əsas rol oynayır.
Oxşar xəbərlər
Xırdalanda parklanma ərazisini kim zəncirləyib?
Abşeron rayonu, Xırdalan şəhəri, 21-ci məhəllədəki sakinlər yaşadıqları binanın ərazisində yaranmış vəziyyətdən narazıdırlar. Onların sözlərinə görə, bina sakin...
