Azərbaycanda sahibkarlıq sahəsində yoxlamalar daha 1 il dayandırılır
Azərbaycanda sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasının müddətinin 2026-cı il yanvarın 1-nə qədər uzadılması nəzərdə tutulur.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu, "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında" qanunda dəyişiklik edilməsi haqqında qanun layihəsində öz əksini tapıb.
Sənəd Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirə edilib.
Layihə səsverməyə çıxarılaraq parlamentin plenar iclasına tövsiyə olunub.
Hazırkı qanuna əsasən sahibkarlıq sahəsində yoxlamaların dayandırılması müddəti 2025-ci il yanvarın 1-də bitib.
Oxşar xəbərlər
Naxçıvanda əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı məhkəmədə general ifadə verib
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Ceyhun Hüseynovun qətli ilə bağlı ittiham olunan hərbi hissə komandiri, polkovnik Samir Hə...