Azərbaycanda Rusiya avtomobillərinin qiyməti bahalaşacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya və Ukrayna arasında gedən müharibə avtomobil bazarına da təsirsiz ötüşməyəcək.
BAKU.WS xəbər verir ki, bunu Trend-ə açıqlamasında nəqliyyat üzrə ekspert Elməddin Muradlı deyib.
O bildirib ki, AvtoVAZ şirkəti istehsal etdiyi avtomobillərin qiymətini 15% artırıb.
"Şirkət bununla kifayətlənməyərək avtomobillərin 30%-ə qədər bahalaşacağının anonsunu verdi. Azərbaycana satdıqları avtomobillərin böyük əksəriyyəti AvtoVAZ şirkətinin istehsal etdiyi avtomobillərdir.
Bu baxımdan zavodun istehsal etdiyi avtomobillərin ölkəmizdə bahalaşacağı istisna edilmir. Müharibədən sonra qiymətin sabitləşməsi baş verə bilər", - deyə E.Muradlı deyib.
Ekspert bildirib ki, yük avtomobillərinin də qiymətində artımlar ola bilər. Əsasən kiçik həcmli mikroavtobuslar, yük avtomobilləri, traktorların qiyməti bahalaşa bilər. Hal-hazırda Azərbaycanın avtomobil bazarında durğunluqdur və artım hiss edilmir.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...