Azərbaycanda "Roblox" platformasının fəaliyyəti məhdudlaşdırıla bilər
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda "Roblox" platformasının fəaliyyəti məhdudlaşdırıla bilər.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə "Roblox" qlobal platforması arasında martın 18-də keçirilən onlayn görüşdə qeyd olunub.
Dövlət Komitəsi "Roblox"un uşaqlar üçün potensial öyrənmə və əyləncə mühiti olmaqdan çıxaraq ciddi sosial problemlərin mənbəyinə çevrilə biləcəyini vurğulayıb. Oyunlarda uşaqların təhlükəsizliyi baxımından hüquqa və ailə dəyərlərinə zidd məzmunların mövcudluğu ilə bağlı narahatlıq ifadə olunub. Xüsusilə 16 yaşadək uşaqların təhlükəsizliyinin təmin olunması üçün müdafiə mexanizmlərinin gücləndirilməsinin vacibliyi vurğulanıb. Bu məsələlərin aradan qaldırılmadığı təqdirdə platformanın fəaliyyətinin Azərbaycanda məhdudlaşdırılacağı diqqətə çatdırılıb.
"Roblox" nümayəndələri də səsləndirilən iradları qəbul etdiklərini və yaxın zamanda risklərin aradan qaldırılması istiqamətində əməli tədbirlərin görüləcəyini, ilkin nəticələrin artıq aprel ayından müşahidə ediləcəyini bildiriblər.
Qalereya
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...