Azərbaycanda qohum evliliyini qadağan edən qanunun qəbulundan sonra qohum evlilikləri sürətlənib

"Azərbaycanda qohum evliliklərini qadağan edən qanun qəbul ediləndən sonra qohum evliliyi edən şəxslər bunu sürətləndirib".
BAKU.WS apa-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin bu gün keçirilən iclasında çıxarılan "Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə Məlumatı"nın müzakirəsində Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev deyib.
Şöbə müdiri qeyd edib ki, bu kimi faktlar insanların heç də hamısının bu dəyişikliyə hazır olmadığını göstərir: "Qeyri-rəsmi nikah hallarının olması faktları da var. Bu faktlar məişət zorakılığı zəminində cinayət hadisəsi törədiləndə yayılır. Ötən gün Sabirabadda gənc qızın qeyri-rəsmi nikahda olduğu şəxs tərəfindən öldürülüb Kür çayına atılması ilə bağlı dəhşətli fakt oldu. O qız 15 yaşından qeyri-rəsmi nikahda yaşayıb, 16 yaşında isə həyata vida etdi. Çox təəssüfedici haldır ki, valideynlər deyirlər ki, ailədə hər şey baş verə bilər. Lakin əsas məqama toxunmurlar ki, qanuna 1 ilə yaxındır ki, belə bir dəyişiklik olunub, amma 15 yaşında qız qeyri-rəsmi nikahda olub. Şüurda inqilab məsələsi deyilən anlayış var. Düşünürəm ki, bizim mental dəyərlərimizdə problem var".
Qeyd edək ki, yaxın qohumlar arasında evliliyi qadağan edən qanun qəbul edilsə də, 2025-ci il iyulun 1-dən qüvvəyə minəcək.
Oxşar xəbərlər
Quş qripi virusu insana keçə bilər - Mütəxəssisdən qorxulu xəbərdarlıq
"Avropa ölkələri və ABŞ-da pişiklər arasında kütləvi şəkildə yayılan quş qripi (H5N1) virusu böyük ehtimalla insana keçə bilər". BAKU.WS Oxu.Az-a istinadən xəbə...
