Azərbaycanda qida sahəsində 33 yeni dövlət standartı qəbul olunacaq
Azərbaycanda Avropa və dövlətlərarası standartlar əsasında hazırlanan süfrə zeytunu, yeməklik zeytun yağı, çörək sənayesi üçün buğda unu, meyvə-tərəvəz konservləri, şokolad və şokolad məhsulları, kərə yağı və s. sahələrə aid 33 dövlət standartının layihəsi müzakirə edilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu məlumat yayıb.
Məlumata görə, İnstitutun təsis etdiyi "Qida məhsullarının keyfiyyətinin və texnologiyası" standartlaşdırma üzrə Texniki Komitənin (AZSTAND/TK 33) növbəti iclası keçirilib. İclasda AZSTAND-ın nümayəndələri ilə yanaşı, Qida Təhlükəsizliyi Agentliyinin, Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Tibbi Bərpa İnstitutu, Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun, Azad İstehlakçılar Birliyinin və "Qlobal Standart 1 Beynəlxalq Sisteminin Təbliği" İctimai Birliyinin nümayəndələri iştirak ediblər.
İclasda həmçinin dövri yoxlanılması aparılacaq standartlara nəzər salınıb. Eyni zamanda 4 yeni dövlət standartı layihəsinin qəbulu ilə bağlı müzakirələr aparılıb, üzvlərin rəy və təklifləri dinlənilib.
İclasda həmçinin AZSTAND/TK 33-ə səs çoxluğu ilə yeni üzvlər qəbul olunub, komitənin cari fəaliyyəti və qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
90 min yox, 180 min manat - Kompensasiya ilə bağlı YENİ TƏKLİF
"Kiçik sahəli mənzillərin sökülməsi zamanı vətəndaşların daha uyğun kompensasiya alması üçün xüsusi mexanizmin tətbiqi təklif olunur". BAKU.WS-in məlumatına gör...