Azərbaycanda qasırğanın ziyan vurduğu 4 məktəbdə tədris növbəli sistemə keçib
Yeniliklərdən dərhal xəbərdar olun
Cəlilabad rayonunda qasırğanın ziyan vurduğu 4 məktəbdə tədris növbəli sistemə keçib.
BAKU.WS xəbər verir ki, bu barədə report-a Lənkəran-Astara Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, aprelin 21-də günün ikinci yarısında rayon ərazisində güclü külək və dolu ilə müşayiət edilən qasırğa zamanı bəzi təhsil müəssisələrinə ciddi ziyan dəyib.
Belə ki, rayonun Uzuntəpə kənd 1, Privolnoye kənd 1 nömrəli və Komanlı kənd tam orta məktəblərinin tədris və yardımçı binalarının dam örtükləri, pəncərələri və bəzi taxta konstruksiyalarına ciddi ziyan dəyib və şəhər 5 nömrəli ümumi orta məktəbin isə dam örtüyünə qismən ziyan dəyib.
Ziyan dəyən müəssisələrə Təsərrüfat hesablı Əsaslı Tikinti və Təchizat İdarəsinin əməkdaşları tərəfindən baxış keçirilib, qüsur aktları tərtib edilib və qısa vaxt ərzində işin icrasına başlanılacaq.
Qeyd edək ki, təhsil müəssisələrində tədris prosesi digər korpuslarda iki növbəli sistemə keçərək davam edir.
Oxşar xəbərlər
Heydər Əliyev Fondunun inşa etdiyi məktəblərin açılışı olub - FOTO
2020-2021-ci tədris ilində Heydər Əliyev Fondunun dəstəyi ilə respublikanın müxtəlif bölgələrində yeni inşa və əsaslı təmir olunan məktəb, eləcə də məktəbəqədər...