Azərbaycanda qanunsuz miqrantların sayı çox aşağıdır - DMX rəisi
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda müvəqqəti saxlama mərkəzlərində saxlanılan qanunsuz miqrantların sayı çox aşağıdır.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi Vüsal Hüseynov deyib. O bildirib ki, Azərbaycanda 142 min miqrant varsa, onlardan cəmi 3 minə yaxını qanunsuz yaşayır.
"Saxlanılan qanunsuz miqrantların sayı isə çox cüzidir. Həmin şəxslər aşkarlanaraq müvəqqəti saxlama mərkəzlərinə yerləşdirilir. Hazırda Dövlət Miqrasiya Xidmətinin saxlama mərkəzlərində 10-dan az qanunsuz miqrant var", - deyə xidmət rəisi deyib.
O bildirib ki, Azərbaycandakı qanunsuz miqrantlar əsasən qonşu dövlətlər və cənub-şərqi Asiyadandır.
Oxşar xəbərlər
DMX əcnəbilərə müraciət edib
Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycan Respublikasında olan, yaşayan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərə müraciət edib. Daxil olan müraciətdə deyili...