Azərbaycanda pulsuz verilən mənzil və avtomobillərlə bağlı YENİ AÇIQLAMA
"Son aylarda yeni yaşayış komplekslərindən daha 100 mənzil alınaraq bu kateqoriyadan olan vətəndaşlarımıza təqdim edilib və proses davam etdirilir".
Bu barədə BAKU.WS-in sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən bildirilib.
Qeyd edilib ki, Ölkəmizdə aparılan sosial siyasətin əsas istiqamətlərindən biri də şəhidlərimizin ailə üzvləri, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və imtiyazlı kateqoriyadan olan digər vətəndaşlarımızın mənzil-məişət şəraitinin yaxşılaşdırılmasıdır:
"Bu kateqoriyadan olan şəxslərin mənzil təminatı növbəlilik qaydasında həyata keçirilir. Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin tapşırığı əsasında şəhid ailələri və müharibə iştirakçıları ilə bağlı Nazirlik tərəfindən icra olunan sosial dəstək paketi çərçivəsində mənzil və fərdi evlə təminat proqramı 44 günlük Vətən müharibəsindən sonra 5 dəfə genişlənib. Postmüharibə dövründə şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərə 6900, ümumilikdə ötən dövrdə 16 minədək mənzil və fərdi ev təqdim olunub.
Qeyd edək ki, Nazirlik tərəfindən ms.sosial.gov.az saytı vasitəsilə həyata keçirilən mənzil satışı proqramından əldə olunan vəsait də ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil və fərdi evlə təminatına yönəldiləcək.
Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 567, ümumən 7,8 min avtomobil verilib. 2024-cü ildə bu təminat üçün növbədə olan bütün imtiyazlı şəxslərin avtomobillə təminatı artıq tam şəkildə yekunlaşdırılıb. Avtomobilə tibbi göstəriş veriləcək şəxslərin də avtomobillərlə təminatı həyata keçiriləcək".
Orxan Hüseyn
Oxşar xəbərlər
Bakıda tıxaclara son qoyacaq HƏLL YOLLARI - 15-20 dəqiqəyə...
"Bakı Abşeron yarımadasında yerləşir və yerləşmə mövqeyinə görə dairəvi yol olmasa da, amma şəhərin yarımdairəvi sürətli yolu olmalıdır". Bu sözləri BAKU.WS-ə...