Azərbaycanda pensiyaçılara pensiya növünü seçmək hüququ veriləcək
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda pensiyaçılara pensiya növünü seçmək hüququ veriləcək.
BAKU.WS "report"a istinadən xəbər verir ki, bu, "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik layihəsində əksini tapıb.
Belə ki, mövcud qanunvericiliyə görə, əlilliyə görə pensiya alanın yaşa görə pensiya almaq və yaxud yaşa görə pensiya alanın əlilliyə görə pensiya almaq hüququ yoxdur.
Yəni pensiya növünün dəyişdirilməsi hazırda qanunda nəzərdə tutulmur, amma yeni tətbiq ediləcək qanunda bu qadağa aradan qaldırılacaq və vətəndaşın seçim imkanı yaranacaq ki, ya əlilliyə, ya da yaşa görə pensiya alsın.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...