Azərbaycanda ötən il güzəştli mənzil alışına 29 milyon manat kredit verilib
Yeniliklərdən dərhal xəbərdar olun
2024-cü ildə Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) sərəncamındakı 470 güzəştli mənzilin alışı üçün 28,8 milyon manat ipoteka krediti verilib.
BAKU.WS xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatda bildirilir.
Sənədə əsasən, ümumilikdə, 2018-ci ildən etibarən güzəştli mənzillərin satışının maliyyələşdirilməsi üçün 4 885 şəxsə 238,4 milyon manat güzəştli ipoteka krediti, 82 şəxsə isə 3,6 milyon manat adi ipoteka krediti verilib. Eyni zamanda, 2017-2024-cü illərdə ayrılmış vəsaitlər də nəzərə alınmaqla MİDA üçün nəzərdə tutulmuş vəsaitlərin ümumi məbləği 270 milyon manat təşkil edib.
MİDA-nın sərəncamında olan mənzillərin təxminən 80 %-nin satışı Fondun vəsaiti hesabına verilən güzəştli ipoteka krediti vasitəsilə həyata keçirilib.
2006-2024-cü illərdə Fondun vəsaiti hesabına verilən ipoteka kreditlərindən faydalananların 67 %-ni gənclər və gənc ailələr təşkil edib, verilən kreditlərin təqribən 22 %-i regionların payına düşüb.
Oxşar xəbərlər
Şəhid Davud Qurbanovun anası: "Onun iki böyük qardaşı da avtomobil qəzasında həyatını itirib"
Baku TV 44 günlük Vətən müharibəsi şəhidi Davud Qurbanov haqqında reportaj hazırlayıb. Reportajda şəhidin ailə üzvləri və iş yoldaşları onunla bağlı xatirələrin...