Azərbaycanda orta aylıq əmək haqqı 11 %-dən çox artıb
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin yanvar-oktyabr aylarında Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin eyni dövrünə nisbətən 11,3 % artaraq 921,1 manat təşkil edib.
BAKU.WS Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, iqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, eləcə də informasiya və rabitə sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub.
Bu il noyabrın 1-nə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1 729,4 min nəfər olub, onlardan 896,9 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 832,5 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib. Muzdla işləyənlərin 19,1 %-i təhsil, 18,5 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,9 %-i sənaye, 8,4 %-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 6,5 %-i tikinti, 6,4 %-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,3 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,7 %-i peşə, elmi və texniki fəaliyyət, 3,4 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,1 %-i maliyyə və sığorta fəaliyyəti, 14,7 %-i isə iqtisadiyyatın digər sahələrində məşğul olub.
Oxşar xəbərlər
Dövlət Agentliyinin rəsmisi: “Füzulidə PUA-ların təmiri üzrə texnik hazırlamaq fikrindəyik” - MÜSAHİBƏ
“Artıq yüksək texniki peşə üzrə təhsil alanlar təhsil tələbə kreditləri almaq üçün müraciət edə bilərlər”. BAKU.WS xəbər verir ki, bunu apa-ya müsahibəsində Peş...