Azərbaycanda noyabrda havaların mülayim keçməsinin səbəbi açıqlanıb
Azərbaycanda noyabrda müşahidə olunan mülayim havaya səbəb isti hava kütlələrinin cənubdan hərəkət etməsi və cənub-şərq küləklərinin üstünlüyüdür.
BAKU.WS-in məlumatına görə, Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova "Report"a bildirilib ki, havanın orta temperaturu noyabr ayının ötən dövründə iqlim normasından Bakıda və Abşeron yarımadasında 3,9 dərəcə yüksəkdir.
Ümumilikdə noyabrda 22 gün temperatur normadan yüksək olub:
"Çoxillik müşahidə məlumatlarının təhlilinə əsasən, ötən illərin noyabr aylarına nəzər salsaq, əvvəlki illərdə də yüksək temperatur rejimi qeydə alınıb. Belə ki, Bakıda və Abşeron yarımadasında havanın temperaturu 2023-cü ildə 25 dərəcə, bölgələrdə isə 29 dərəcəyədək isti qeydə alınıb. Ölkə ərazisində müşahidə olunan mülayim hava şəraitinin həftə sonunadək davam edəcəyi gözlənilir".
Coğrafiya İnstitutunun İqlim və aqroiqlimşünaslıq şöbəsinin elmi işçisi Rafiq İsmayılov bildirib ki, hazırda Azərbaycanın bütün rayonlarında isti hava müşahidə olunur:
"Rayonlarda havanın temperaturunda 7-8, Naxçıvanda isə 12 dərəcəyədək artım var. Bu iqlim dəyişikliyi ilə bağlıdır".
R.İsmayılov əlavə edib ki, Azərbaycanda havanın dəyişməsinə ən çox təsir şimaldan və cənubdan daxil olan hava kütlələri ilə bağlıdır:
"Hazırda cənubdan axan hava kütlələri səbəbindən ölkədə isti hava müşahidə edilir. Qışda havanın temperaturunun soyuq keçib-keçməməsinə gəlincə, bu, kzotik proseslərlə bağlıdır. Şimal hava kütlələri ölkəyə daxil olanda artıq havalar soyuya bilir".
Oxşar xəbərlər
Yaxında Zəngəzur dəhlizinin Naxçıvandan keçən dəmir yolunun tikintisinə başlanılacaq
Zəngəzur dəhlizinin Naxçıvandan keçən dəmir yolunun bərpasının layihələndirilməsi başa çatdırılır və yaxın zamanda tikinti işlərinə başlanılacaq. BAKU.WS report...