Azərbaycanda narkotik asılılığı ilə mübarizə: 707 nəfər müalicə alır
18
mar
2026
12:44
Azərbaycanda hazırda 707 nəfər narkotik asılılığından müalicə kursu keçir.
BAKU.WS xəbər verir ki, bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının ikiaylıq hesabatında məlumat verilib.
Rəsmi rəqəmlərə görə, müalicə alanların 284 nəfəri Respublika Narkoloji Mərkəzində, 300 nəfəri QİÇS-lə Mübarizə Mərkəzində, 123 nəfəri isə Sumqayıt Narkoloji Mərkəzində qeydiyyatdadır.
Hesabatda qeyd olunur ki, narkotik asılılığı ilə mübarizə istiqamətində müvafiq tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
14 rayonda yol təmirində yeyinti: Milyon manatdan çox vəsait büdcəyə qaytarıldı
Hesablama Palatasının 2026-cı il üzrə İş Planına müvafiq olaraq, 2024-2025-ci illərdə dövlət büdcəsindən 14 yerli icra hakimiyyəti orqanında (Quba, Tərtər, İmiş...