Azərbaycanda müəllim heyətinin orta aylıq əməkhaqqısı 1 030 manatdır
Yeniliklərdən dərhal xəbərdar olun
2014-cü illə müqayisədə Azərbaycanda müəllimlərin əməkhaqqısı 4 dəfəyə qədər artıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "Sertifikatlaşdırma: səriştəli müəllim - keyfiyyətli təhsil" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, müəllim heyətinin orta aylıq əməkhaqqısı 1 030 manatdır:
"Sertifikatlaşdırmada yüksək nəticə göstərənlər üzrə (35% əlavə alanlar) 30 590 nəfərin orta aylıq əməkhaqqısı 1 300 manat, sertifikatlaşdırmada uğur qazanmış heyət üzrə (10% əlavə alanlar) 60 818 nəfərin orta aylıq əməkhaqqısı 1 010 manat, sertifikatlaşdırmada iştirak etməyən və ya I cəhddə uğur qazanmayan heyət üzrə 23 984 nəfərin orta aylıq əməkhaqqısı 770 manatdır".
Oxşar xəbərlər
Məktəbdəki insident nəzarətə götürüldü - RƏSMİ
Oktyabrın 28-də 225 nömrəli tam orta ümumtəhsil məktəbində baş vermiş hadisənin media nümayəndələri tərəfindən təhsil müəssisəsinin həyətində işıqlandırılması z...