Azərbaycanda minaya düşən şəxslərə şəhid və müharibə əlili statusunun verilməsi təklif edilir

Azərbaycanda xidməti fəaliyyət zamanı minaya düşən mülki şəxslərə şəhid və müharibə əlili statusunun verilməsi təklif edilir.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Qarabağ qazisi, jurnalist Rəy Kərimoğlu QHT nümayəndələrinin iştirakı ilə Ermənistanın mina terroru ilə bağlı keçirilən müzakirə zamanı bildirib.
Onun sözlərinə görə, həlak olan mina qurbanları şəhid, əlil olan mina qurbanları isə müharibə əlili statusu ilə təmin edilməlidir: "Minaya düşən şəxslər var ki, əmək qabiliyyəti yoxdur, II qrup əlillik verilib, cəmi 200 manat civarında müavinət alır. Bu, düzgün deyil. Həmin şəxslər müharibə əlili sayılmalıdır".
Oxşar xəbərlər
Baş redaktorlardan Çingiz Abdullayevin təhqirinə cavab: “Xalqın pulu bu yaşlı ziyalıları nə qədər harınladıb?”
Ötən gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azərbaycan Yazıçılar Birliyinin üç ildir təxirə salınan XIII Qurultayı baş tutdu. Toplantı əksəriyyəti...
