Azərbaycanda meyitdən gözün buynuz qişasının götürülməsinə icazə verilir

06
iyn
2020
10:59
Azərbaycanda meyit üzərində gözün buynuz qişası hər hansı bir icazə və vəsiyyət olmadan transplantasiya məqsədi ilə götürüləcək.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanun layihəsində qeyd edilib.
Layihəyə əsasən, gözün buynuz qişası və meyit üzərində dəyişiklik etməyən digər toxumalar hər hansı bir icazə və vəsiyyət olunmadan götürülə bilər.
Qanun layihəsi iyunun 4-də Milli Məclisin Səhiyyə komitəsinin iclasında müzakirə olunub və plenar iclasa tövsiyə edilib.
Oxşar xəbərlər
Meyitdən bu orqan və hüceyrələr transplantasiya məqsədilə götürüləcək - SİYAHI
Azərbaycanda meyitdən transplantasiya məqsədilə götürüləcək orqan və hüceyrələrin siyahısı açıqlanıb. BAKU.WS xəbər verir ki, bu barədə “İnsan orqan və toxumala...