Azərbaycanda meyit donordan ürək köçürülən şəxsin son durumu açıqlandı
Bakıda meyit donordan ürək köçürülən 19 yaşlı Rəşad Məmmədəliyev xəstəxanadan evə buraxılıb.
BAKU.WS xəbər verir ki, bu barədə report-un sualını cavablandırarkən Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiyası Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova açıqlama verib.
Onun sözlərinə görə, R.Məmmədəliyevin vəziyyəti kafidir:
"Pasiyent artıq Mərkəzi Klinikadan evə buraxılıb. Onun durumu nəzarətdə saxlanılır. Ayda və ildə bir dəfə orqan transplantasiyası edilmiş şəxsin vəziyyəti haqqında məlumatlar vahid informasiya sisteminə daxil olur. Bununla da onun durumu daim diqqətdə saxlanılır".
Oxşar xəbərlər
Xaricdən məhsul sifarişlərində bəyənnamə şərtlərindəki dəyişiklik nədən ibarətdir?
İyun ayından gömrük bağlamaları yeni qaydada bəyan ediləcək. BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, Dövlət Gömrük Komitəsi "Smart Customs" saytından və m...