Azərbaycanda məşhur general-leytenant pensiyaya göndərildi: Özündən AÇIQLAMA - FOTO

Azərbaycanda məşhur general-leytenant pensiyaya göndərildi: Özündən AÇIQLAMA - FOTO
Foto
Sosial 9848

FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin sərəncama götürülən rəisi, general-leytenant Şahmar Paşayev pensiyaya göndərilib.

BAKU.WS xəbər verir ki, bu barədə manset.az-a açıqlamasında generalın özü məlumat verib.

"Mən hazırda pensiyadayam, Kəmaləddin Heydərov məni pensiyaya göndərib. Fövqəladə Hallar Nazirliyindən uzaqlaşmışam. 7 ildir işləyirdim, indi istirahət edirəm. İstirahət edəcəm, sonra baxım görüm nə edirəm".

Qeyd edək ki, Şahmar Paşayev ölkədə nüfuzlu generallardandır. O uzun illər polis orqanlarında çalışıb. Bakı Şəhər Baş Polis İdarəsinin rəis müavini, Şamaxı, Yasamal, Şirvan və Salyan rayonlarının polis rəisi vəzifələrində işləyib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər