Azərbaycanda məktəblər pandemiyaya görə bağlanacaq? - Təhsil naziri AÇIQLADI - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
"Bizim iki il ərzində kifayət qədər tərcübəmiz var. Biz təhsilə gec başlasaq da, heç vaxt sistemi bağlamamışıq. Ötən il dərslər gec başlasa da, sonradan bunu kompensasiya etdik".
BAKU.WS xəbər verir ki, bu sözləri Təhsil naziri Emin Əmrullayev bu gün keçirilən brifinqdə bildirib.
Nazir əlavə edib ki, ötən il biz təhsili ümumilikdə bağlamadıq və ayrı-ayrı məktəblərdə bunu tətbiq etdik: "Payız aylarında yoluxma sayları arta bilər. Bu, ayrı-ayrı məktəb və siniflərin fəaliyyətini məhdudlaşdıra bilər. Amma tamamilə 2020-ci ildəki kimi bağlanmasına çox az ehtimal var".
Oxşar xəbərlər
Nazirlər Kabineti qərar verdi
Nazirlər Kabineti “Ali təhsil pilləsinin dövlət standartı və proqramı”nın təsdiq edilməsi haqqında” 2010-cu il 23 aprel tarixli 75 nömrəli, “Orta ixtisas təhsil...