Azərbaycanda malların müvəqqəti saxlanca yerləşdirilməsi şərtləri yüngülləşdirilir
Azərbaycanda malların müvəqqəti saxlanca yerləşdirilməsindən irəli gələn məsələlərin tənzimlənməsi nəzərdə tutulur.
BAKU.WS report-a istinadən xəbər verir ki, "Gömrük Məcəlləsində dəyişiklik edilməsi haqqında" qanun layihəsində öz əksini tapıb.
Sənəd Milli Məclisin mayın 1-də keçiriləcək növbəti plenar iclasının gündəliyinə daxil edilib.
Qanun layihəsinə əsasən, bu çərçivədə müvəqqəti saxlanc bəyannaməsi, malların müvəqqəti saxlanca yerləşdirilməsinə dair şərtlər və öhdəliklər, habelə malların müvəqqəti saxlancda qalma müddəti ilə bağlı müddəalar tənzimlənir. Gömrük orqanları tərəfindən səlahiyyət verildiyi hallarda "Yaşıl Dəhliz" buraxılış sisteminin daimi istifadəçilərinə malların eyniləşdirilməsi tədbirlərini həyata keçirməsi hüququnun verilməsi nəzərdə tutulur. (hazırda bu hüquq gömrük orqanlarına və onlar tərəfindən səlahiyyət verildiyi hallarda səlahiyyətli iqtisadi operatorlara məxsusdur).
Hazırda malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi lisenziya almış şəxslərin təsis etdiyi müvəqqəti saxlanc və gömrük anbarlarında həyata keçirilir. Təklif olunan dəyişiklik malların saxlanması və bu sahədə xərclərin azaldılmasına yönəlməklə, malların saxlancının gömrük orqanının icazəsi ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi tələblərə cavab verən anbarlarda və gömrük orqanları ilə razılaşdırılmış digər saxlanc yerlərində həyata keçirilməsi imkanını müəyyən edir. Bu dəyişiklik xarici ticarət iştirakçıları üçün mühüm əhəmiyyətə malik olacaq.
Oxşar xəbərlər
Komitə sədri gömrükdə sahibsiz qalan mallardan DANIŞDI
"Bəzən mallar gömrükdə uzun müddət sahibsiz qalır, onun saxlanması üçün xərclər artır". BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, sözügedən məsələ Milli Məclis...